“Demokratiya Sammiti” üçün ölkələrin seçimindəki ayrı-seçkilik siyasəti, Azərbaycan və Türkiyə kimi böyük irəliləyiş əldə etmiş bir sıra ölkələrin sammit iştirakçıları siyahısına daxil edilməsi ABŞ-ın hazırkı administrasiyasının ciddi xarici siyasət səhvidir və Vaşinqtonun beynəlxalq siyasi təsirini daha da sarsıdır”.
Bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, ABŞ-ın bundan əvvəlki heç bir administrasiyası ölkələrin sammitə dəvət edilməsində belə qərəzli təcrübəyə əl atmayıb: “Martın 30-da keçiriləcək bu tədbirə dövlət institutları demokratiyadan uzaq və şəffaf olmayan Ermənistan dəvət olunub, amma demokratik təsisatlarını kifayət qədər gücləndirmiş iki suveren dövlət olan Türkiyə və Azərbaycan həyasızcasına görməzdən gəlinib”.
P.Teys vurğulayıb ki, Ağ Ev körpülər qurmaq üçün fürsəti var ikən hələ Barak Obama administrasiyası tərəfindən formalaşdırılan çox qeyri-diplomatik yolla gedir.
“Hazırkı administrasiya da bu ənənəyə sadiq qalır, sammitə müharibəyə təhrik edən, İran ayətullalarının dəstəklədiyi və Azərbaycanla genişmiqyaslı silahlı toqquşmalar yaranması üçün əlindən gələni edən Ermənistan lideri Paşinyanı dəvət edir”, - amerikalı politoloq qeyd edib.