“Paris erməni manipulyatorlarının idarə etdiyi merə layiq deyil”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin üzvü Tural Gəncəliyev “X”də yazıb.
O, Paris meri Anne Hidalgonun qərəzli olduğunu vurğulayıb:
“Onlar öz bədxah oyunları üçün Azərbaycan sərhədinə qədər xeyli məsafə qət edib”.
Qeyd edək ki, Fransanın Xankəndiyə humanitar yardım göndərməyə çalışdığına dair məlumatlar yayılıb. Bununla bağlı Azərbaycana rəsmi səviyyədə məlumat verilməyib.