Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Bakıya səfərə gəlib.
“Report” xəbər verir ki, o, səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
"Bu gün Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşdüm. Görüşümüz çox məhsuldar keçdi", - diplomat vurğulayıb.
Ş.Ayrım həmçinin, Azərbaycan Milli Məclisinin Türkiyə parlamenti ilə Dostluq Qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanovla da görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırki vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub.