Türkiyə PA-nın rəsmisi: "Türk dünyasına qarşı dezinformasiya kampaniyası aparılır"

Türkiyə PA-nın rəsmisi: "Türk dünyasına qarşı dezinformasiya kampaniyası aparılır" “Hamımız türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik. Biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq”
Xarici siyasət
10 Aprel , 2021 14:56
Türkiyə PA-nın rəsmisi: Türk dünyasına qarşı dezinformasiya kampaniyası aparılır

“Hamımız türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik. Biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər önəmli təhdid isə rəqəmsal faşizmdir: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”.

Son xəbərlər

Orphus sistemi