Türkiyə parlamentinin sədri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Türkiyə parlamentinin sədri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı faciəsini anıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.
“Report”un xəbərinə görə, o, faciənin 32-ci ildönümü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.
“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın - bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm.
Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onlar həmişə var olacaq. Azərbaycanlı qardaşlarımızı hər zaman yaxşı diləklərlə xatırlayacağıq”, - o vurğulayıb.
26 Şubat 1992 günü Ermeniler tarafından Hocalı'da çocuk, yaşlı, kadın demeden şehid edilen kardeşlerimizi rahmetle anıyor, Azerbaycan halkının acısını yürekten paylaşıyorum.
Tüm dünya, insanlığa karşı işlenen bu suçun mağdurlarını yok saysa da, onlar daha çok var olacak.… pic.twitter.com/WT9CapAwM6