Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif COP29-da iştirak edəcəklər.
“Report” xəbər verir ki, Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şəriflə üçtərəfli görüşdə Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib.
Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.