Türkiyə səfiri İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb

Türkiyə səfiri İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb "Beynəlxalq idman tədbirində Azərbaycan bayrağına qarşı hücum qəbuledilməzdir".
Xarici siyasət
15 Aprel , 2023 13:26
Türkiyə səfiri İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb.

"Report" xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.

"Ermənistanın son günlər sərgilədiyi davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə qarşı qeyri-insani işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına hücum əsla qəbuledilməzdir. Qınayırıq", - səfir qeyd edib.

Son xəbərlər

Orphus sistemi