Türkiyənin Bakıdakı səfirliyi 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin tivter səhifəsində paylaşım edilib.
“Can Azərbaycanın Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”, - məlumatda bildirilib.