Türkiyənin Azərbaycandakı səfirliyi Gəncə terroru ilə bağlı paylaşım edib.
“Report" xəbər verir ki, bu barədə diplomatik nümayəndliyin tviterində yazılıb.
Bildirilib ki, bundan iki il əvvəl Ermənistanın humanitar atəşkəs rejimini pozaraq 10 günahsız dinc sakinin ölümü ilə nəticələnən Gəncədəki raket hücumu unudulmayıb:
“Hücum zamanı həlak olan azərbaycanlı bacı-qardaşlarımıza Allahdan rəhmət diləyirik”.
Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Bundan tam iki il əvvəl Ermənistanın humanitar atəşkəs rejimini pozaraq 10 günahsız dinc sakinin ölümü ilə nəticələnən