Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, o, bu barədə TRT telekanalına müsahibəsində məlumat verib.
Nazir bildirib ki, səfər azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti əsasında baş tutacaq: “Ən qısa zamanda Bakıya gedəcəyəm. Həmkarım, Ceyhun qardaşım dəvət edib. Onsuz da xüsusi nümayəndələr görüşür, amma biz də fikir mübadiləsi aparacağıq”.