Bakıda “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçiriləcək diplomatiya forumu təqdirəlayiqdir.
Bu fikirləri "Report"un Ankara bürosuna açıqlamasında türkiyəli siyasətçi, professor Hüseyn Bağçı bildirib.
Siyasətçi deyib ki, Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dekabrın 5-6-da Bakıda keçiriləcək rəqəmsal diplomatiya forumunda məruzəçi olaraq iştirak edəcək:
“Dünyanın daxil olduğu yeni dövrdə baş verən hadisələrə Bakıdan baxmaq da vacibdir. Mən bu forumda “Rəqəmsal diplomatiyanın zərurəti, faydaları və yaratdığı problemlər” mövzusunda çıxış edəcəm. Bu, hazırda gündəmdə olan çox önəmli mövzudur. Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bizi sevindirir”.