Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın diplomatik fəaliyyətinin başa çaması ilə əlaqədar vida mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasim diplomatik nümayəndəliyin binasında baş tutub.
E.Özoral səfirlik əməkdaşları ilə vidalaşıb.
Qeyd edək ki, E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb və səlahiyyət müddəti bu ay başa çatıb. Diplomat bu gün (aprelin 16-da) ölkəsinə qayıdacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub. Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.