TÜRKPA-nın 10-cu plenar iclası Qazaxıstanda keçiriləcək

TÜRKPA-nın 10-cu plenar iclası Qazaxıstanda keçiriləcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 10-cu plenar iclası sentyabrın 27-28-də Türkistan şəhərində keçiriləcək.
Xarici siyasət
16 Sentyabr , 2021 11:23
TÜRKPA-nın 10-cu plenar iclası Qazaxıstanda keçiriləcək
Report

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 10-cu plenar iclası sentyabrın 27-28-də Türkistan şəhərində keçiriləcək.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamenti Məclisinin (aşağı palatasının) mətbuat xidməti sədr Nurlan Niqmatulinin TÜRKPA-nın baş katibi Altınbek Mamayusupovla görüşündən sonra məlumat yayıb.

“Görüş zamanı TÜRKPA-nın yubiley, 10-cu plenar sessiyasına hazırlıq məsələləri müzakirə olunub. Türkdilli Ölkələrin Parlament Assambleyası forumu sentyabrın 27-28-də Türk dünyasının mənəvi paytaxtı olan Türkistan şəhərində keçiriləcək. Tədbir çərçivəsində TÜRKPA Şurasının iclası və 10-cu plenar iclas keçiriləcək. İclasda Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyənin parlament və palata rəhbərləri iştirak edəcəklər”.

Bundan başqa, Özbəkistan parlamentariləri də tədbirə dəvət olunublar.

Qarşıdan gələn görüş haqqında danışan Niqmatulin yubiley plenar sessiyanın əhəmiyyətini vurğulayıb. “Bu sessiya nəinki ilk 10 illikdə görülmüş işlərə yekun vurmağa, həm də aktual məsələləri nəzərə almaqla gələcək əməkdaşlığın perspektivli istiqamətlərini geniş formatda müzakirə etməyə imkan verəcək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi