TÜRKPA-nın yubiley iclası Qazaxıstanda keçiriləcək

TÜRKPA-nın yubiley iclası Qazaxıstanda keçiriləcək TÜRKPA-nın 10-cu yubiley Plenar İclası 2021-ci ilin 27-28 sentyabr tarixlərində Qazaxıstan Respublikası Parlamenti Məclisinin evsahibliyində “Türk dünyasının mənəvi paytaxtı” Türkistan şəhərində keçiriləcək.
Xarici siyasət
24 Sentyabr , 2021 12:31
TÜRKPA-nın yubiley iclası Qazaxıstanda keçiriləcək
Report

TÜRKPA-nın 10-cu yubiley plenar iclası 27-28 sentyabrda Qazaxıstan Parlamenti Məclisinin ev sahibliyində “Türk dünyasının mənəvi paytaxtı” Türkistan şəhərində keçiriləcək.

"Report" xəbər verir ki, iclasın “Türk parlamentlərarası əməkdaşlığının perspektivləri” mövzusunda keçirilməsi nəzərdə tutulur.

TÜRKPA üzv ölkələri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbərləri və nümayəndələri iclasda iştirak edəcəkdir.

Tədbir zamanı Daimi Komissiyaların sənədləri, hüquqi sənədlər və yeni model qanunlar müzakirə olunacaq. Plenar İclas növbəti iclasın tarix və yerini müəyyənləşdiriləcək, Türkistan Bəyannaməsinin qəbulu ilə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi