"Finlandiya Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlıdır".
"Report" xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.