Ukraynanın Şamaxıdakı fəxri konsulluğu beynəlxalq layihəyə qoşuldu

Ukraynanın Şamaxıdakı fəxri konsulluğu beynəlxalq layihəyə qoşuldu Ukraynanın Şamaxıdakı Fəxri Konsulluğu və Azərbaycandakı ukraynalı icmasının fəalları “Greening of the Planet”, yəni “Planetin yaşıllaşdırılması” adlı beynəlxalq ekoloji layihəyə qoşulub
Xarici siyasət
10 Aprel , 2021 11:28
Ukraynanın Şamaxıdakı fəxri konsulluğu beynəlxalq layihəyə qoşuldu

Ukraynanın Şamaxıdakı Fəxri Konsulluğu və Azərbaycandakı Ukrayna icmasının fəalları “Greening of the Planet”, yəni “Planetin yaşıllaşdırılması” adlı beynəlxalq ekoloji layihəyə qoşulub.

“Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, layihə çərçivəsində dünyanın müxtəlif yerlərində cəmi 1 milyon fidan əkmək nəzərdə tutulur. Milyonuncu ağac isə rəmzi olaraq Kiyev şəhərində əkiləcək.

Layihəni yerinə yetirmək məqsədi ilə Ukrayna səfirliyinin əməkdaşları, icma fəalları, Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımov Şamaxı şəhərinə yollanaraq 15 ədəd Eldar şamı əkiblər. Daha sonra icma fəalları üçün Şamaxı Safari Parkına səfər təşkil edilib.

Səfirlikdən bildiriblər ki, bu aksiya təkcə ətraf mühitə qayğı deyil, həm də Azərbaycan və Ukrayna xalqları arasında dostluq və qardaşlıq tellərinin bariz ifadəsidir.

Son xəbərlər

Orphus sistemi