Avqustun 10-da UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.
Bu barədə "Report"a qurumun Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
"UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələcəyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm", - A.Haykens vurğulayıb.