Veronika Bard: “Cənubi Qafqazda regionu 30 ildir iflic edən münaqişəyə son qoyulur”

Veronika Bard: “Cənubi Qafqazda regionu 30 ildir iflic edən münaqişəyə son qoyulur” “Cənubi Qafqazda son bir ildə baş verən geosiyasi dəyişikliklər bütün post sovet ölkələri üçün 30 ildən sonra yeni bir nümunə ola bilər”.
Xarici siyasət
19 Noyabr , 2021 15:44
Veronika Bard: “Cənubi Qafqazda regionu 30 ildir iflic edən münaqişəyə son qoyulur”

“Cənubi Qafqazda son bir ildə baş verən geosiyasi dəyişikliklər bütün post sovet ölkələri üçün 30 ildən sonra yeni bir nümunə ola bilər”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında İsveç Krallığının ATƏT-də keçmiş səfiri, ekspert Veronika Bard bildirib.

O qeyd edib ki, hazırda Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında 30 illik regionu iflic edən münaqişəyə əbədi son qoymaq üçün əlverişli şərait yaranıb:

“Hesab edirəm tərəflər bunu sona çatdırmaq üçün axıra qədər iradəli olmalı, revanşist meyllərdən xalqlarının gələcək rifahı naminə uzaq durmalıdırlar. Bu gün Cənubi Qafqazda BMT Təhlükəsizlik Şurasının vacib qətnamələrinin tələbləri demək olar ki, yerinə yetirilib. Tərəflərdən bunu axıra kimi qoruyub saxlamaq tələb olunur. Dünya artıq yeni dəyişikliyə gedir və burada ölkələrin taleyi kənar imperalist güc tərəfindən deyil artıq öz xalqlarının iradəsindən asılı olmalıdır” - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi