Vladimir Borisenko: “Bakıda ukraynalı iş adamlarının müqavilələri razılıqla qarşılandı”

Vladimir Borisenko: “Bakıda ukraynalı iş adamlarının müqavilələri razılıqla qarşılandı” Ukraynanın Poltava vilayətinin Sənaye və Ticarət Palatasının prezidenti, tanınmış ictimai xadim Vladimir Borisenko ölkənin Keremençuk şəhərində “Ukrayna-Azərbaycan Gənclər Hərəkatı”nın nümayəndələri ilə görüşüb.
Xarici siyasət
13 İyul , 2021 18:51
Vladimir Borisenko: “Bakıda ukraynalı iş adamlarının müqavilələri razılıqla qarşılandı”

Ukraynanın Poltava vilayətinin Sənaye və Ticarət Palatasının prezidenti, tanınmış ictimai xadim Vladimir Borisenko ölkənin Keremençuk şəhərində “Ukrayna-Azərbaycan Gənclər Hərəkatı”nın nümayəndələri ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Palatanın Keremençuk üzrə şöbə müdiri Larisa Mixaylik, Palata prezidentinin müşaviri Vyaçeslav Makeevin də iştirak etdiyi görüşdə hərəkat sədri Əkbər Hüseynzadə yeni yaradılan təşkilatları barədə məlumat verib.

V.Borisenko ukraynalı və azərbaycanlı gənclərin birgə hərəkatda cəmləşməsinin onlar üçün də maraqlı olduğunu bildirərək gənclərə öz profllərinə uyğun müvafiq dəstəklərini ifadə edib. O bildirib ki, Ukraynada daim digər müllətin nümayəndəlrindən olan vətəndaşların fəallığına ehtiyac olub.

O, Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikovun rəhbərliyi ilə bu yaxınlarda Bakıya baş tutan səfəri xatırladaraq nəticələrindən danışıb: "Səfər maraqlı keçdi. Bizim iş adamları hazır əməkdaşlıq müqavilələri ilə getmişdilər. Azərbaycanda buna baxıldı və hamısı razılıqla qarşılandı. Razılaşmalar imzalandı. Çox gözəl təsadüf oldu ki, belə bir səfərdən sonra Ukraynada belə bir hərakatın yaranmasının şahidi olduq. Çünki hərəkatınızda gənc iş adamları da üstünlük təşkil edir. Bu baxımdan sizinlə iş birliyi, qarşılıqlı əməkdaşlıq yuxarda qeyd etdiyim ümumi işimiz üçün məhsuldar olacaq”.

Görüş qarşılıqlı əməkdaşlıq üzrə müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi