XİN keçmiş səfirə cavab verib

XİN keçmiş səfirə cavab verib Azərbaycan XİN məlumat yayıb.
Xarici siyasət
11 Avqust , 2021 15:31
XİN keçmiş səfirə cavab verib

"İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib".

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı", - nazirlikdən bildirilib.

Qeyd edək ki, İsfəndiyar Vahabzadə yayımladığı videomüraciətdə Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovskinin ünvanına təhqiredici ifadələr səsləndirib.

Son xəbərlər

Orphus sistemi