"Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur".
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.
O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: "İki nəfər əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımi köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsi işlərində fəal iştirak edirlər".