XİN başçısı: Azərbaycan və Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib

XİN başçısı: Azərbaycan və Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib Uzun illər ərzində Azərbaycan ilə Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib.
Xarici siyasət
26 İyul , 2024 12:46
XİN başçısı: Azərbaycan və Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib
Əhməd Moallim Fiqi Əhməd

Uzun illər ərzində Azərbaycan ilə Somali arasında münasibətlər yüksələn xətlə inkişaf edib.

"Report" xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, onun Azərbaycana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə təsadüf edir: "Bu gün biz ticarətin genişləndirilməsi imkanlarını, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə etdik".

O qeyd edib ki, aprel ayında Azərbaycana səfər etmiş işçi qrupun fəaliyyəti ölkələr arasında əməkdaşlığı yalnız gücləndirəcək.

Son xəbərlər

Orphus sistemi