XİN başçısı: "Azərbaycandakı səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur"

XİN başçısı: "Azərbaycandakı səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur" “Azərbaycanda olan bütün diplomatik missiyaların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur və bundan hər kəs faydalanır, o cümlədən Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi və orada işləyən diplomatlar”
Xarici siyasət
9 Avqust , 2022 17:41
XİN başçısı: Azərbaycandakı səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur
Ceyhun Bayramov

“Azərbaycanda olan bütün diplomatik missiyaların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur və bundan hər kəs faydalanır, o cümlədən Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi və orada işləyən diplomatlar”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Biz eyni yanaşmanı Birləşmiş Krallıqdan gözləyirik. Eyni zamanda, ikinci gözləntimiz ondan ibarətdir ki, Birləşmiş Krallığın müvafiq orqanları bu cinayəti törədən şəxslər, bu cinayətin arxasında duran qüvvələrin müəyyən edilməsi istiqamətində çox ciddi araşdırmalar aparacaq və biz həmin nəticələri gözləyirik”, - C.Bayramov vurğulayıb.

XİN başçısı əlavə edib ki, Azərbaycan bu kimi öz öhdəliklərinə çox ciddi yanaşır.

Son xəbərlər

Orphus sistemi