XİN: Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır
XİN: Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdırAzərbaycan Xarici İşlər nazirliyi 30 avqust - Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkarlanmasına baxmayaraq, Ermənistan itkin düşənlərin yerini açıqlamaqdan imtina edir.
"4000-ə yaxın insanın ailəsi onilliklərdir ki, əzizlərinin yolunu gözləyir və yaxınları haqqında məlumat almaq onların təməl hüququdur. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır. Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək",-məlumatda qeyd edilib.
On the #InternationalDayofDisappeared, #Azerbaijan reiterates the necessity of shedding light on the fate of our citizens who went missing during the former occupation and conflict.
Despite the fact that multiple mass graves have been identified after the liberation of our… pic.twitter.com/p9H7mnizFD