XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”
XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”“Beynəlxalq Mina Maarifləndirilməsi Günü ayrı-seçkilik olmadan minaları yerləşdirən və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsini nəzərdə tutur”.
Bu gün Beynəlxalq Mina Maarifləndirilməsi Günüdür. Minatəmizləmə prosesi gözləyə bilməz.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində edilmiş paylaşımda deyilir.
XİN ərazilərə mina yerləşdirənlərin və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd edib.
“Biz minaların səbəb olduğu insan tələfatına son qoymalıyıq”, - paylaşımda bildirilir.
Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.
Today marks the International Day for Mine Awareness. #MineActionCanNotWait, and entails holding those, including #Armenia, who plant mines indiscriminately & refuse to cooperate in dismantling them, accountable. We must end the enormous human cost they create.#IMAD2023@UNMASpic.twitter.com/JB8jhvBOc1