Bu gün Xarici İşlər Nazirliyində nazir və rəhbər heyətin iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüş keçirilib.
Bu barədə "Report"a XİN-dən bildirilib.
Uzunmüddətli diplomatik fəaliyyətinə görə görkəmli diplomatımıza təşəkkür edilib və ona yeni nailiyyətlər arzulanıb.