"Azərbaycan və Çex Respublikasının energetika nazirlikləri arasında saziş imzalanması nəzərdə tutulur".
“Report” xəbər verir ki, bunu Çex Respublikası xarici işlər naziri Yakub Kulqanek azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra bildirib.
“Mənimlə bir yerdə Bakıya 17 işgüzar şirkətin nümayəndəsi gəlib. Onların bir hissəsi maliyyə və bankçılıq, bir hissəsi enerji sahəsini, bəziləri isə heç də az əhəmiyyəti olmayan su təchizatı və tullantıların idarə olunması, günəş və s. alternativ enerjidən istifadə, həmçinin kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrini təmsil edir.
Bununla yanaşı, dünən Azərbaycan-Çexiya Respublikası iqtisadi forumunun açılışında iştirak etmişəm. Deməliyəm ki, çex şirkətləri burada iqtisadiyyatın müxtəlif sahələrinə, infrastrukturun yenilənməsinə dair tenderlərə maraq göstərir”, – nazir deyib.