YAP sədrinin müavini: "Şuşa konfransında Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu"

YAP sədrinin müavini: "Şuşa konfransında Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu" "Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir".
Xarici siyasət
16 İyun , 2022 12:48
YAP sədrinin müavini: Şuşa konfransında Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu
Tahir Budaqov

"Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, ötən gün Şuşada keçirilən konfrans iki ölkə arasındakı münasibətlərin növbəti təzahüri idi: "Konfransda ciddi mesajlar verildi və yeni mərhələnin əsasları qoyuldu. Tədbirdə aparıcı siyasi partiyaların rəhbər və nümayəndələri iştirak edirdilər. Vahid yumruq kimi birləşərək bir arada olmağımız önəmlidir".

Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işlərinin həyata keçirilməsində qardaş ölkə olan Türkiyə şirkətlərinin rolu göz önündədir və bundan sonra da orada görüləcək işlər çoxdur.

Son xəbərlər

Orphus sistemi