Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Xaçmaz rayonuna səfər edib.
"Report"un Şimal bürosu xəbər verir ki, səfər çərçivəsində diplomat Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşüb.
Görüşdə qonağa Xaçmazın tarixi, əhalisi, sakinlərinin əsas məşğuliyyəti, rayonun infrastrukturu, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib.
Eləcə də rayonda aparılan abadlıq, quruculuq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlik tədbirlərdən danışılıb.
Səfir Vada Cuniçi Azərbaycan-Yaponiya arasında qarşılıqlı əlaqələrin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.