Yaxın vaxtlarda Azərbaycan-Pakistan Birgə Komissiyasının növbəti iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşündə bildirilib.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.
Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.