Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”

Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq” “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”
Xarici siyasət
29 Yanvar , 2024 14:13
Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib.

“Report”un “Baku TV”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq”.

H.Akar vurğulayıb ki, bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq.

Son xəbərlər

Orphus sistemi