İqtisadiyyat naziri: “Yüksəliş”in finalında iştirak etmək mühüm nailiyyət və stimuldur

İqtisadiyyat naziri: “Yüksəliş”in finalında iştirak etmək mühüm nailiyyət və stimuldur İqtisadiyyat naziri Mikayıl Cabbarov həmkarları ilə birgə “Yüksəliş” müsabiqəsinin yekununda finalçıların idarəçilik səriştələrini qiymətləndirib.
Elm və təhsil
21 İyul , 2024 16:22
İqtisadiyyat naziri: “Yüksəliş”in finalında iştirak etmək mühüm nailiyyət və stimuldur

İqtisadiyyat naziri Mikayıl Cabbarov həmkarları ilə birgə “Yüksəliş” müsabiqəsinin yekununda finalçıların idarəçilik səriştələrini qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

“Həmkarlarla birlikdə dördüncü “Yüksəliş” müsabiqəsinin yekununda finalçılarımızın idarəçilik səriştələrini qiymətləndirdik. Nəticədən asılı olmayaraq bilik, bacarıq və iradə nümayiş etdirərək bu mərhələyə yüksəlmək mühüm nailiyyət və stimuldur. Bütün iştirakçılara təşəkkür edir, layiq olanlara isə davamlı yüksəliş arzu edirik!”, – o qeyd edib.

Son xəbərlər

Orphus sistemi