Dünya çempionu La Liqadan ayrılıb

Dünya çempionu La Liqadan ayrılıb İspaniyanın "Betis" kollektivi yarımmüdafiəçisi Nabil Fekirlə yollarını ayırıb.
Futbol
31 Avqust , 2024 00:00
Dünya çempionu La Liqadan ayrılıb

İspaniyanın "Betis" kollektivi yarımmüdafiəçisi Nabil Fekirlə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasına transfer olunub.

2019-cu ildən "ağ-yaşıllar"ın şərəfini qoruyan 31 yaşlı oyunçu bu müddət ərzində 165 oyuna çıxıb və 29 qol vurub.

Qeyd edək ki, N.Fekir Fransa millisi ilə 2018-ci dünya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi