“Kəpəz” klubunun rəsmisi: Növbəti mövsüm üçün daha iddialı, stabil komanda formalaşdırmalıyıq

“Kəpəz” klubunun rəsmisi: Növbəti mövsüm üçün daha iddialı, stabil komanda formalaşdırmalıyıq Bunu “Report”a açıqlamasında “Kəpəz”in idarə heyətinin sədri İlqar Nadiri deyib.
Futbol
29 Aprel , 2024 15:58
“Kəpəz” klubunun rəsmisi: Növbəti mövsüm üçün daha iddialı, stabil komanda formalaşdırmalıyıq

Növbəti mövsüm üçün daha iddialı, stabil komanda formalaşdırmalıyıq.

Bunu “Report”a açıqlamasında “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

“Sarı-göylər”in rəhbəri Azərbaycan Premyer Liqasının XXXII turunda “Qəbələ”yə qalib gəldikləri matçdan sonra elitadakı yerlərini qorumaqlarının sevindirici olduğunu söyləyib: “Bu işdə baş məşqçinin, köməkçilərinin, futbolçuların, ümumilikdə bütün komandanın əziyyəti var. Qış fasiləsindən sonra komandamız daha inamlı çıxış etməyə, baxımlı oynamağa və nəticə qazanmağa başladı. Təbii ki, zəif oyunlarımız da oldu. Amma ümumilikdə azarkeşlərimizi sevindirə bildik. Müsbət çıxışımızın nəticəsidir ki, komanda çempionatın başa çatmasına 4 tur qalmış Premyer Liqada qalmağı rəsmiləşdirdi. Ötənilki nəticələrimizi də üstələdik. İndi daha çox xal yığmışıq. Və bu da komandanın bu il daha yaxşı çıxış etdiyini göstərir”.

Klub rəsmisi qazanılan uğurda azarkeşlərin də payının olduğunu bildirib: “Azarkeşləri unutmaq olmaz. Onlar qalib gələndə də, məğlub olanda da bizi tək buraxmadılar. Buna görə fanatlara minnətdarıq. Bir məqamı da qeyd edim ki, stadionla bağlı məsələyə görə oyunlarımızın böyük əksəriyyətini Gəncədən kənarda keçiririk. Amma bu, tərəfdarlarımıza komandaya dəstək vermələri üçün mane olmadı. “Kəpəz”i sevən bütün azarkeşlərimizi birgə nail olduğumuz nəticələrə görə təbrik edirəm. İndiki vəziyyətdə heyətimizi qouruyub saxlamağa çalışacağıq. Baş məşqçimizin də istəyi ilə bunün üçün səylər göstərəcəyik”.

Qeyd edək ki, səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə üstələyən "Kəpəz" son pillədə qərarlaşan rəqibini sona 4 tur qalmış 17 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi