Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürülüb

Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürülüb Ağdam rayonunda minaya düşən şəxsin meyiti ərazidən götürüb.
Hadisə
16 Noyabr , 2021 12:18
Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürülüb

Ağdam rayonunda minaya düşən şəxsin meyiti ərazidən götürülüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Onun sözlərinə görə, noyabrın 15-də Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək həlak olan Ağdam rayon sakini Zaur Ağayevin meyitinin ərazidən götürülməsi üçün müvafiq qurumların əməkdaşları tərəfindən intensiv tədbirlər keçirilib.

Həmin şəxsin meyiti noyabrın 16-da ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilən Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Z.Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi