Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi

Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi Azərbaycanda yaşlı anasını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia olunur.
Hadisə
1 Sentyabr , 2020 09:46
Azərbaycanda polis olduğu deyilən şəxs anasını təhqir etdi
0 : 00
0 : 00

Azərbaycanda yaşlı qadını təhqir edən şəxsin polis əməkdaşı olduğu iddia edilir.

“Report” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə ailədaxili mübahisə zamanı gənc kişinin yaşlı qadını (anası olduğu deyilir) söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədib. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.

Sosial şəbəkədə paylaşılan videoda həmin şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı Abbasov Kamran Nadir oğlu olduğu iddia edilir.

Hələ ki, hüquq-mühafizə orqanları məsələyə münasibət bildirməyib. Lakin “Report”un əldə etdiyi məlumata görə, həmin görüntülərlə bağlı polis araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi