Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər - 1960-cı il təvəllüdlü Çiçək Əzizova və 1962-ci təvəllüdlü Valya Hüseynova xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların hər ikisinə sağ qolun sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.