Gəncədə qadın keçmiş ərini bıçaqlayıb

Gəncədə qadın keçmiş ərini bıçaqlayıb Gəncə şəhərində 41 yaşlı kişi mübahisə zəminində bıçaq xəsarəti alıb
Hadisə
16 Fevral , 2021 10:00
Gəncədə qadın keçmiş ərini bıçaqlayıb

Gəncə şəhərində 41 yaşlı kişi mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü N.Məmmədov keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü T.Abdullayeva ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman qadın mətbəx bıçağı ilə N.Məmmədovun çənə nahiyəsinə kəsici xəsarət yetirib.

Xəstəxanaya müraciət edən N.Məmmədova tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi