"Bu il Azərbaycanda 556 nəfərdən ibarət 220 cinayətkar qrup zərərsizləşdirilib".
"Report"un xəbərinə görə, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.
Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1 689 nəfərin məsuliyyətə cəlb edildiyini bildirib.