Samux rayonunda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibirli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı TOZ markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibirli tək lüləli tüfəng aşkar edərək götürüb.
Hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.