Xaçmazda gənc dönərxanada zəhərlənərək ölüb, daha 1 nəfər xəstəxanaya yerləşdirilib

Xaçmazda gənc dönərxanada zəhərlənərək ölüb, daha 1 nəfər xəstəxanaya yerləşdirilib Xaçmaz rayonunda dönərxanada qazdan zəhərlənmə hadisəsi baş verib
Hadisə
7 Mart , 2021 18:03
Xaçmazda gənc dönərxanada zəhərlənərək ölüb, daha 1 nəfər xəstəxanaya yerləşdirilib

Xaçmaz rayonunda dönərxanada qazdan zəhərlənmə baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov dönərxananın zirzəmisində elektrik generatorundan çıxan zəhərli qazdan ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə ona kömək etməyə çalışarkən zəhərlənib. M.Məmmədov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi