Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar

Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar İdman gimnastikasının tamblinq üzrə Azərbaycan milli komandası martın 20-22-də Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 5 medal qazanıb.
Komanda
23 Mart , 2024 14:40
Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar

İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb.

"Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Fərdi mübarizədə Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev bürünc medala yiyələniblər. Komanda yarışında isə Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət heyət birinci olub.

Beynəlxalq dərəcəli hakim Rahib Əliyev də yarışda ölkəmizi təmsil edib.

Son xəbərlər

Orphus sistemi