Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir

Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir Mədəniyyət Nazirliyinin Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı 15 avqust tarixində elan olunan sənəd qəbulu davam edir.
Mədəniyyət siyasəti
3 Sentyabr , 2024 18:14
Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir

Mədəniyyət Nazirliyinin Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı 15 avqust tarixində elan olunan sənəd qəbulu davam edir.

Bu barədə "Report"a Nazirlikdən bildirilib.

Yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS üzrə əmək fəaliyyəti ilə məğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsil xərclərinin qarşılanması məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.

Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:

1. Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya)
2. Dəb sənəti
3. Dizayn
4. Kuratorluq
5. Memarlıq
6. Tədbirlərin təşkili
7. Mədəni və yaradıcı sahə üzrə menecment
8. Nəşriyyatlarla işin təşkili
9. Oyun sənayesi
10. Teatr, komediya və performans
11. Yaradıcı texnologiyalar

Sənəd qəbulu 15 sentyabr 2024-cü il tarixinədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi