Ekspert: “Avropadakı erməni diasporu fəal şəkildə Azərbaycanla bağlı dezinformasiya yayır”

Ekspert: “Avropadakı erməni diasporu fəal şəkildə Azərbaycanla bağlı dezinformasiya yayır” “Erməni diasporunun təsiri altında olan Qərb dünyası, xüsusən də Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda Azərbaycana qarşı “imkanlar müharibəsi” aparmağa can atır”.
Region
14 Noyabr , 2023 15:35
Ekspert: “Avropadakı erməni diasporu fəal şəkildə Azərbaycanla bağlı dezinformasiya yayır”

“Erməni diasporunun təsiri altında olan Qərb dünyası, xüsusən də Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda Azərbaycana qarşı “imkanlar müharibəsi” aparmağa can atır”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan deyib.

“Fransada, Almaniyada, digər Aİ ölkələrində, eləcə də Kanadada yaşayan erməni diasporunun öz dövlətlərinin Azərbaycanla qarşıdurmada Ermənistanı dəstəkləməsi üçün səylər göstərdiyinə dair sübutlar var. Bu, Azərbaycana qarşı transregional hibrid media müharibəsinə çevrilir. Bu, əsrlər boyu Qarabağda yaşayan Azərbaycan və onun dinc xalqı haqqında reallıqdan uzaq fikirlər yaratmaq cəhdidir”, - o bildirib.

Ekspert həmçinin qeyd edib ki, Fransa Aİ ölkələri arasında ən anti-Azərbaycan mövqe tutandır: “Prezident Emmanuel Makronun müsəlmanlara qarşı ifadələri məntiqdən uzaq olan qərəzli yanaşmanı əks etdirir. Fransa Senatının Azərbaycanı bu ilin sentyabrında lokal antiterror tədbirləri həyata keçirməsinə görə qınayan qətnaməsi müəyyən diplomatik nöqsanlara və hüquqi baxımdan yanlış mövqelərə əsaslanır. Bu, müstəqil Azərbaycanın suverenliyinə hörmət edən beynəlxalq hüquqa və müddəalarına ziddir”.

Son xəbərlər

Orphus sistemi