Norveç Ukraynaya 850 milyon avro dəyərində hərbi yardım göstərib

Norveç Ukraynaya 850 milyon avro dəyərində hərbi yardım göstərib Son aylarda Norveç Ukraynaya təxminən 1 milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım göstərib.
Region
26 Aprel , 2024 15:41
Norveç Ukraynaya 850 milyon avro dəyərində hərbi yardım göstərib

Son aylarda Norveç Ukraynaya təxminən 1 milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım göstərib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Norveç hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yardım paketinə artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçün xüsusi təyinatlı gəmi) və tanklara texniki xidmət avadanlığı daxildir.

Bundan başqa, Norveç Ukraynaya M109 tanklarında istifadə edilən 5 min ədəd M72 tank əleyhinə raket və artilleriya mərmisi tədarük edib.

Son xəbərlər

Orphus sistemi