Qazaxıstanda deltaplan qəzaya uğrayıb, pilot ölüb

Qazaxıstanda deltaplan qəzaya uğrayıb, pilot ölüb Qazaxıstanın Aktübinsk vilayətində deltaplanın qəzaya uğraması nəticəsində pilot ölüb.
Region
22 İyun , 2024 12:14
Qazaxıstanda deltaplan qəzaya uğrayıb, pilot ölüb

Qazaxıstanın Aktübinsk vilayətində deltaplanın qəzaya uğraması nəticəsində pilot ölüb.

“Report” “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.

Məlumata görə, hadisə yerinə araşdırma aparmaq məqsədi ilə mütəxəssislər cəlb olunub. Deltaplan “Samqau Aqro” şirkətinə məxsus olub.

Hadisə istehsalat zamanı baş verib.

Bildirilib ki, iyunun 21-də bu şirkətə məxsus “An-2” təyyarə sərt eniş edib. Təyyarənin göyərtəsində iki nəfər olub.

Son xəbərlər

Orphus sistemi