Türkiyədə Azərbaycan milli rəqslərinin tədrisinə start verilib

Türkiyədə Azərbaycan milli rəqslərinin tədrisinə start verilib Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi azərbaycanlı mütəxəssisin iştirakı ilə milli rəqslərimizə dair ustad dərslərinə start verib.
Region
29 May , 2024 17:58
Türkiyədə Azərbaycan milli rəqslərinin tədrisinə start verilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi azərbaycanlı mütəxəssisin iştirakı ilə milli rəqslərimizə dair ustad dərslərinə start verib.

Mərkəzdən “Report”un Ankara bürosuna bildirilib ki, incəsənətin mühüm sahəsi olan rəqslərin təbliğinə Türkiyədə xüsusi diqqətin olduğunu nəzərə alaraq Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə qurumun nəzdindəki “Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün tanınmış rəqqas, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Süleymanovun rəhbərliyi ilə milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb.

"Layihənin əsas məqsədi Azərbaycan milli rəqslərini daha dərindən öyrədilməsi, düzgün icrası və rəqs sənətimizin təbliğidir.

Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Süleymanov Mərkəzin nəzdindəki “Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün milli rəqslərimiz, onların icrası, kollektiv rəqs nümunələri, Azərbaycan rəqslərinə dair müxtəlif elementlərin və janrların icrası üzrə bir həftəlik ustad dərsləri aparır.

“Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və Rəqs dərnəyində çox sayda azərbaycanlı, Türk və digər millətlərin uşaq və yeniyetmələri milli rəqslərimizə dair məşğələlərdə iştirak edir, rəqs sənətinin sirlərini öyrənirlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Xəzər” Azərbaycan Xalq rəqsləri Ansamblı və rəqs dərnəyini ziyarət edib, dərnəyin Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərməsinə dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi