MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq

MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətləri gömrük xidmətləri üçün tranzit portalının yaradılmasına dair Protokol-u müzakirə edib.
Biznes
26 Aprel , 2024 19:58
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri gömrük xidmətləri üçün tranzit portalının yaradılmasına dair protokolu müzakirə ediblər.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Daşkənd şəhərində MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 78-ci iclasında müzakirə aparılıb.

Məlumata görə, iclasda, həmçinin MDB iştirakçı dövlətlərin ekspertiza və tədqiqat sahəsində əməkdaşlıq haqqında Saziş, malların tranzit daşınmasının sadələşdirilməsinə dair Anlaşma Memorandumu layihələri və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasda ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.

Növbəti 79-cu iclasın 2024-cü ilin 2-ci yarısında Rusiyanın Vladivostok şəhərində keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi